Gürcüstanda koronavirusa yoluxma halı qeydə alınıb.
Axar.az xəbər verir ki, bu barədə Gürcüstanın Məcburi köçkünlərin işləri, əmək, səhiyyə və sosial müdafiə naziri Ekaterine Tikaradze bu gün keçirdiyi brifinqdə bildirib. O qeyd edib ki, virus İrandan Azərbaycan vasitəsilə qayıdan Gürcüstan vətəndaşında müəyyən olunub:
"Bizim İranla quru sərhədimiz yoxdur. Lakin baş nazirlə görüşdə qərara alındı ki, İran vətəndaşlarının ölkəyə gəlişi və bizim vətəndaşlarımızın İrana səfəri 2 həftəlik qadağan olunsun”.
Qeyd edək ki, bəzi sosial şəbəkə istifadəçiləri Tikaradzenin bu açıqlamasını yanlış olaraq Gürcüstanın Azərbaycanla sərhəd-keçid məntəqəsini bağladığı anlamında başa düşüb.
İranda yayılan koronavirus səbəbindən Gürcüstan bu ölkə ilə hava əlaqəsini bir neçə gün öncə dayandırmışdı.