Xəzər Xəbər

Avropa ölkələri İdliblə bağlı birgə bəyanat yaydı

Dünya | 10:47 • 27 Fevral 2020
Avropa ölkələri İdliblə bağlı birgə bəyanat yaydı

Avropanın 13 ölkəsinin Xarici İşlər naziri İdlibdəki vəziyyətlə bağlı birgə bəyanat yayıb.

İtaliya, Almaniya, İspaniya, Portuqaliya, Belçika və digər ölkələrin Xarici İşlər nazirlərinin birgə bəyanatında deyilir ki, İdlibdəki humanitar fəlakətin dayanması üçün Rusiya və Suriya hərbi əməliyyatlara son verməlidir.

Bildirilib ki, hökumət qüvvələri dinc insanların vəziyyətinə əhəmiyyət verməyərək, hərbi maraqları naminə hücumları davam etdirir. Açıqlamada qeyd edilir ki, İdlibdə radikal terror qruplaşmalarının olduğu məlumdur. Lakin terrorçularla mübarizə apararkən dinc insanların öldürülməsi yolverilməzdir./publika.az

Xəbər lenti