Xəzər Xəbər

Binəqədidə və Xırdalanda çoxmərtəbəli binalarda YANĞIN 26 nəfər təxliyə edildi

Hadisə | 10:34 • 27 Fevral 2020
Binəqədidə və Xırdalanda çoxmərtəbəli binalarda YANĞIN

Abşeron rayonunun Xırdalan şəhərində çoxmərtəbəli yaşayış binasının şaxtasında yanğın baş verib.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, şaxtada elektrik naqilləri 9 p.m yanıb. Yanğın zamanı 12 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bundan başqa Bakı şəhərinin Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasının altıncı mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 4 ədəd elektrik sayğacı və 2 p.m elektrik naqili yanıb. Yanğın zamanı 4-ü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti