Xəzər Xəbər

Suriyada əhəmiyyətli irəliləyiş Əsəd qüvvələri məğlub edildi, Rusiya təyyarələri isə...

Dünya | 10:05 • 27 Fevral 2020
Suriyada əhəmiyyətli irəliləyiş

Suriya Milli Ordusu İdlibin strateji əhəmiyyətli Sərakib rayonunu rejim qüvvələrindən geri alıb.

Bu barədə "Röyters” informasiya yayıb.

Xəbərə görə, Türkiyə Silahlı Qüvvələrinin dəstəklədiyi SMO həftələrlə apardığı mübarizədən sonra Dəməşq-Hələb əlaqəsini təmin edən rayonu nəzarətə götürüb.

Ötən gün gecə saatlarında rayon mərkəzinin kənar məhəllələrinə girən müxaliflər irəliləyən saatlarda rejim qüvvələrinin cəbhəsini keçməyi bacarıb. Səhərə qədər davam edən döyüşlərdə rayon mərkəzi tamamilə ələ keçirilib.

Bu arada, İdlibin cənubunda, M4 magistral yolunun altındakı bölgədə rus döyüş təyyarələrinin dəstəklədiyi Bəşər Əsəd rejimi qüvvələri, İran İnqilab Keşikçiləri Korpusunun əmrindəki terrorçu qruplaşmalar 20-ə yaxın kənd və fermaya bənzər qəsəbələri ələ keçirib./publika.az

Xəbər lenti