Xəzər Xəbər

Eşitdiyi sözləri “udmadı”: 17 yaşında ata qatili oldu - FOTO

Hadisə | 15:32 • 26 Fevral 2020
Eşitdiyi sözləri “udmadı”:

17 yaşlı yeniyetmə atasının söyüşlərinə dözməyərək, onu bıçaqlayıb.

"HaberGlobal”ın məlumatına görə, dəhşətli hadisə Türkiyənin Təkirdağ vilayətində baş verib.

Bildirilir ki,ata İbrahim Xəlil S. ilə oğlu A.S. arasında münaqişə yaşanıb. Nəticədə, oğlu tərəfindən bıçaqlı hücuma məruz qalan ata həyatını itirib. Hadisə yerinə gələn hüquq-mühafizə orqanının əməkdaşları A.S.-nı saxlayıb.

Məhkəmədə A.S. atasının mütəmadi olaraq içki içərək anasını, böyük bacısını və onu döydüyünü, ağır sözlərlə təhqir etdiyini bildirib. Onun sözlərinə görə, yeniyetmə sonda əsəblərinə hakim ola bilməyib və soyuq silaha əl atıb.

Məhkəmədən sonra A.S. həbs olunub.


Xəbər lenti