Xəzər Xəbər

Nazir: Türkiyədə koronavirusa yoluxanlar yoxdur VİDEO

Veb TV | 15:01 • 26 Fevral 2020
Nazir: Türkiyədə koronavirusa yoluxanlar yoxdur

Türkiyədə koronavirusa yoluxanlar yoxdur.

Bunu Türkiyənin Səhiyyə naziri Fəxrəddin Qoca deyib.

Nazir bildirib ki, hazırda infeksiyanın Türkiyəyə daxil olmasının qarşısını almaq üçün tədbirlər görülür: "İrandan təxliyə olunan Türkiyə vətəndaşları arasında koronavirusa yoluxan yoxdur”.

F.Qoca əlavə edib ki, Türkiyənin İranla sərhədindəki dörd sərhəd-buraxılış məntəqəsində səhra hospitalları fəaliyyət göstərəcək.

Xatırladaq ki, ötən gün Türkiyə öz vətəndaşlarının İrandan təxliyəsinə başlayıb./trend

Xəbər lenti