Xəzər Xəbər

İngiltərədə koronavirus qərarı “Məktəblər, ictimai nəqliyyat...”

Dünya | 14:56 • 26 Fevral 2020
İngiltərədə koronavirus qərarı

İngiltərədə koronavirusa görə insanların yoxlanışdan keçirilməsinə qərar verilib.

Ölkə rəhbərliyi xəstəliyin yayılmasının qarşısını almaq üçün lazım olduğu təqdirdə məktəblərin bağlana biləcəyini bildirib.

İngiltərənin İctimai Səhiyyə Agentliyi qeyd edib ki, həftədə 600 nəfərin yoxlanılması nəzərdə tutulub. Yoxlanış prosesində 100 sağlamlıq klinikası və 11 xəstəxana iştirak edəcək.

Agentliyin prezidenti Kris Uitti deyib ki, virusla əlaqədar ictimai nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər:

"Çox narahatam. Yoluxan şəxsin vəziyyəti ağırlaşarsa, onun ailəsi də karantinaya alınacaq”.

İngiltərə Səhiyyə naziri Mett Henkok vətəndaşlarına İtaliyanın karantin altındakı 11 şəhərinə getməməyi tapşırıb./teleqraf

Xəbər lenti