Xəzər Xəbər

Çin geri çəkildi: ABŞ-a qadağalar ləğv edildi

Dünya | 13:15 • 26 Fevral 2020
Çin geri çəkildi:

Fevralın 14-də qüvvəyə minən ABŞ və Çin arasında imzalanmış iqtisadi və ticarət sazişinin birinci mərhələsinə uyğun olaraq Çin bəzi addımlar atıb.

Çin ABŞ-ın kənd təsərrüfatı məhsullarına tətbiq etdiyi idxal qadağasını aradan qaldırıb. Bundan başqa, Çin ABŞ məhsullarına tətbiq etdiyi vergini də azaldacaq.

Məsələ ilə bağlı açıqlama verən ABŞ Kənd Təsərrüfatı naziri Sonni Perdyu Çin ilə güclü ticarət razılaşması əldə edildiyini bildirib.

"Bu razılaşma ABŞ kənd təsərrüfatına əhəmiyyətli dərəcə töhfə verəcək. Bunun faydalarını gözləyirik. Ümid edirəm ki, hər iki tərəf razılaşmaya sadiq qalacaq”, - nazir vurğulayıb./axar.az

Xəbər lenti