Xəzər Xəbər

"Arsenal" "Bayer"in müdafiəçisini istəyir

İdman | 11:28 • 26 Fevral 2020
"Arsenal" "Bayer"in müdafiəçisini istəyir

"Arsenal" yayda müdafiə xəttini gücləndirmək istəyir.

XəzərXəbər "Bild"ə istinadən xəbər verir ki, "topçular" Almaniyanın "Bayer" klubunun müdafiəçisi Conatan Tanı transfer etmək istəyir. London klubu 24 yaşlı futbolçunun keçidi üçün 40 milyon avro ödəməyə hazırdır.

"Arsenal"la yanaşı, Madrid "Atletiko"su da Fil Dişi Sahili əsilli futbolçu ilə maraqlanır.

"Bayer" Almaniya millisinin üzvünü 2015-ci ildə "Hamburq"da 7,5 milyon avroya transfer edib. Ta bu mövsüm Leverkuzen klubunda 26 oyun keçirib.

Xəbər lenti