Xəzər Xəbər

Məşhur aktyor koronavirusa görə XƏSTƏXANAYA YERLƏŞDİRİLDİ

Dünya | 11:23 • 26 Fevral 2020
Məşhur aktyor koronavirusa görə

Ötən həftələrdə koronavirusun müalicəsini tapan şəxsə 140 min dollar mükafat verəcəyini açıqlayan əfsanəvi aktyor Ceki Çanın koronavirus səbəbiylə karantinə alındığı iddia edilib.

XəzərXəbər xarici mətbuata istinadən xəbər verir ki, 65 yaşlı kino ulduzunda koronavirusun tapıldığı deyilir.

Xatırladaq ki, aktyor bu yaxınlarda verdiyi açıqlamada xəstəliyin müalicəsini tapan şəxsi mükafatlandırmaq istəyinin səbəbini belə əsaslandırmışdı:

"Bu, pulla əlaqəli deyil. Əvvəllər dolu olan küçələri boş görmək istəmirəm. Vətəndaşlar həyatdan zövq almalı olduğu halda onları kritik vəziyyətdə görmək istəmirəm”.


Xəbər lenti