Xəzər Xəbər

Bakıda ağac maşının üzərinə aşıb, Xırdalanda isə binanın dam örtüyü uçub - VİDEO

Veb TV | 18:49 • 25 Fevral 2020
Bakıda ağac maşının üzərinə aşıb, Xırdalanda isə binanın dam örtüyü uçub  -

Güclü külək Bakıda ağacın budağını avomobilin üzərinə aşırıb. Nəticədə avtomobil sahibinə maddi ziyan dəyib.

Xezerxeber.az-ın məlumatına görə, hadisə günorta saatlarında paytaxtın Nəsimi rayonu, Nəcəf bəy Vəzirov küçəsində baş verib.

Minik avtomobilinin sürücüsü Anar Həsənov deyib ki, ağac budağının avtomobilin üzərinə düşməsi nəticəsində maşına 2 min manatdan çox ziyan dəyib.

Əziya gələn Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyinin əməkdaşları yıxılmış ağac budağını kəsərək ərazidən aparıblar.

Külək Abşeron rayonu, Xırdalan şəhərində də fəsadlar törədib. Hadisə şahidlərinin ''Xəzər Xəbər''ə verdiyi məlumata görə, güclü külək yaşayış binasının dam örtüyünü uçuraraq yaxınlıqda olan həyət evlərinin və 3 avtomobilin üzərinə aşırıb. Hadisə zamanı ölən və xəsarət alan olmasa da, vətəndaşlara maddi ziyan dəyib.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti