Xəzər Xəbər

Ağdam, Xaçmaz və Qubada oğurluq hadisələri olub - saxlanılanlar var - VİDEO

Veb TV | 18:10 • 25 Fevral 2020
Ağdam, Xaçmaz və Qubada oğurluq hadisələri olub -

Ağdamda evdən xeyli miqdarda pul oğurlayan şəxs saxlanıb.

Xezerxeber.az-ın məlumatına görə, fevralın 20-də Ağdam rayon, Quzanlı qəsəbə sakini Şahnaz Zalova rayon polis şöbəsinə pulların ogurlanması barədə məlumat verib.

Oğurluğu törətməkdə şübhəli bilinən Ağdam rayon, İmamqulubəyli kənd sakini, əvvəllər məhkumluğu olan Sabir Əliyev saxlanılıb. Ondan 26 min 280 ABŞ dolları maddi sübut kimi götürülüb.

Xaçmazda isə Xudat şəhəri ərazisində yerləşən iki fərdi yaşayış evindən dəyəri 2 min manatdan çox olan iki ədəd televizor, bir ədəd xalça, bir ədəd samovar və bir ədəd müşahidə kamerasının yaddaş qurğusunu oğurlamaqda şübhəli bilinən Xudat şəhər sakini, əvvəllər məhkum olunmuş Vasif Mursaibov saxlanıb.

Polis əməkdaşları tərəfindən əşya və avadanlıqların satıldığı yer müəyyənləşdirilərək, maddi sübut kimi götürülüb.

Qubada da oğru tutulub. Əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində müxtəlif vaxtlarda mağazalardan oğurluqlar etməkdə şübhəli bilinən rayon sakini, əvvəllər də eyni əmələ görə 6 il həbs olunmuş Aydın Məhərrəmov saxlanıb. Dindirilmə zamanı həmin şəxs törətdiyi əməli etiraf edib.

Saxlanılan şəxs məsuliyyətə cəlb olunub. Onun digər oğurluq əməllərinin olub-olmaması araşdırılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti