Xəzər Xəbər

Bakıda yeni texniki baxış mərkəzi tikilir - VİDEO

Veb TV | 20:41 • 25 Fevral 2020
Bakıda yeni texniki baxış mərkəzi tikilir -

Bakının Qaradağ rayonu ərazisində Avtomobillərin Texniki Baxış Mərkəzi tikilir.

Xezerxeber.az-ın məlumatına görə, dairəvi yolun kənarında tikilən mərkəzin ümumi sahəsi 2,5 hektardır.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev ''Xəzər Xəbər''ə bildirib ki, yeni inşa edilən texniki baxış mərkəzində bir sıra yeniliklər olacaq.

Yeniliklərdən biri odur ki, texniki baxış mərkəzinə gələn sürücülərin avtomobildən enmədən bütün prosedurlar keçiriləcək.

Paytaxtın Qaradağ, Səbail, Yasamal və Nəsimi rayonlarında yaşayan sürücülər həmin texniki baxış mərkəzinə daha asan müraciət edə biləcəklər.

Mərkəzdə avtomobil sıxlığını azaltmaq üçün dayanacaq da tikilir.

Qeyd edək ki, yeni mərkəz may ayında sürücülərin istifadəsinə veriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:


Xəbər lenti