Xəzər Xəbər

Bəhreyndə 6 nəfərdə COVID-19 virusu aşkarlanıb

Dünya | 14:05 • 25 Fevral 2020
Bəhreyndə 6 nəfərdə COVID-19 virusu aşkarlanıb

Bəhreynin Səhiyyə Nazirliyi İrandan gələn 6 nəfərdə koronavirus (COVID-19) aşkar edildiyini bildirib.


AZƏRTAC nazirliyin rəsmi saytına istinadla xəbər verir ki, hazırda bu ölkədə koronavirus xəstələrinin sayı səkiizə çatıb. Qeyd olunub ki, aeroportda yoxlama zamanı koronavirus iki nəfər Bəhreyn vətəndaşında aşkar edilib. Qalan dörd nəfər isə Səudiyyə Ərəbistanın vətəndaşlarıdır. Onların Dubaydan tranzitlə İrandan səfərdən gəldikləri bildirilir.


Nazirlik qeyd edib ki, koronavirusa yoluxanlar aeroportdan dərhal karantin yerinə aparılıblar. Bəhreynin Mülki Aviasiya İdarəsi isə 48 saat müddətinə Dubaydan gələn təyyarələrin qəbul edilməsini dayandırıb.

Xəbər lenti