Xəzər Xəbər

Bakıda hoteldə əcnəbiyə qarşı CİNAYƏT

Hadisə | 14:08 • 25 Fevral 2020
Bakıda hoteldə əcnəbiyə qarşı

Bakıda hoteldə oğurluq etmiş şəxs tutulub.

XəzərXəbər Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, fevralın 21-də Səbail RPİ-nin 8-ci Polis Bölməsinə müraciət edən əcnəbi vətəndaş yaşadığı otellərin birində cibindən 300 manatının oğurlandığını bildirib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Zərdab rayon sakini A.Abışlı polis əməkdaşları tərəfindən saxlanılıb və törətdiyi əməli etiraf edib.

Araşdırma aparılır.

Xəbər lenti