Daxili İşlər Nazirliyi ötən gecə Bakı şəhər Nərimanov rayonunda polis əməkdaşının qardaşı tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat yayıb.
XəzərXəbər nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, fevralın 24-də Bakı şəhər sakini Anar Ramazanovun qətlə yetirilməsi barədə 18-ci Polis Şöbəsinə məlumat daxil olub.
Dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlmiş, müvafiq tədbirlər həyata keçirilib. İstintaq-əməliyyat tədbirləri ilə Anarın ailə-məişət münaqişəsi zəminində qardaşı tərəfindən bıçaqla qətlə yetirildiyi müəyyən edilib.
Əməliyyat tədbirləri ilə qəsdən adam öldürməkdə şübhəli bilinən qardaşı - A.Ramazanov saxlanılıb.
Nərimanov rayon Prokurorluğunda araşdırma aparılır.
Qeyd edək ki, qətlə yetirilən Anar Ramazanov polis əməkdaşı olub. O, Nəsimi rayon polis İdarəsi, 19-cu Polis Şöbəsində çalışırmış.