Xəzər Xəbər

Məşhur müğənnini diri-diri yandırmaq istədilər

Şou Biznes | 13:29 • 25 Fevral 2020
Məşhur müğənnini diri-diri yandırmaq istədilər

Çilinin Vina Del Mar şəhərində keçirilən musiqi festivalına etiraz edən nümayişçilər məşhur müğənni Riki Martinin qaldığı hoteli yandırmağa çalışıb.

Hotelin qarşısında polislə ciddi toqquşma baş verib. Küçəyə çıxan etirazçılar Riki Martin də daxil olmaqla sənətçilərin avtomobillərini, o cümlədən festivalın keçiriləcəyi ərazidəki nəqliyyat vasitələrini yandırıb.

Hökumətin sosial siyasətinə qarşı etiraz bütün gecə davam edib. Bazar günü festival başlayandan bəri, saat 17.00-da polislə etirazçılar arasında qarşıdurmalar yaşanıb və son saatlarda etirazların şiddəti artıb. Nümayişçilər sənətçilərin, xüsusən Riki Martinin qatıldığı hoteli yandırmağa çalışıb.

Festivalın ilk günündə çıxış edən Riki Martin isə xalqa dəstək olub. Müğənni "Hər zaman sülh içində olun, amma əsla susmadan, haqqınızı tələb edin” deyə bildirib./publika.az

Xəbər lenti