Xəzər Xəbər

Joze Mourinyo: "Çempionatı ilk 4-lükdə bitirsək, inanılmazı bacaracağıq"

İdman | 12:06 • 25 Fevral 2020
Joze Mourinyo: "Çempionatı ilk 4-lükdə bitirsək, inanılmazı bacaracağıq"

"Tottenhem"in baş məşqçisi Joze Mourinyo Premyer Liqada ilk 4-lüyə düşəcəkləri halda, karyerasının ən böyük uğuruna nail olacağını deyib.

Portuqaliyalı mütəxəssis heyətdəki itkilərin işləri çətinləşdirdiyini deyib:

"Keyn və Son olmadan oynamağa məcburuq. Əgər çempionatı ilk 4-lükdə bitirsək, inanılmazı bacaracağıq. Uşaqlar da bunu haqq edir".

Joze Mourinyo mövsümün gedişində Maurisio Poçettinonun əvəzinə London klubuna gətirilib. Komanda 57 yaşlı mütəxəssisin rəhbərliyi altında 14 oyunda 8 qələbə qazanıb, dəfə uduzub. Paytaxt klubu Premyer Liqanın turnir cədvəlində 40xalla 4-cüdür.


Xəbər lenti