Xəzər Xəbər

"Barselona" Martinesə müqavilə təklif etdi

İdman | 12:01 • 25 Fevral 2020
"Barselona" Martinesə müqavilə təklif etdi

"Barselona” yay transfer dönəmindəhücumçu almaq istəyir.

Katalonlar "İnter"in hücumçusu Lautaro Martinesin transferi üçün daha bir addım atıb. Klub argentinalı futbolçuya 5 illik müqaviləvə illik 7 milyon avro maaş təklif edib.

"İnter"in bu təklifə hansı reaksiya verəcəyi bəlli deyil.

22 yaşlı futbolçu bu mövsüm30 oyunda 16qol vurub. "İnter" Argentina millisinin üzvünü 2 mövsüm əvvəl "Rasinq"dən 25 milyon avroya transfer edib. Martinesin "İnter"lə müqaviləsi 2023-cü ilin yayında bitəcək. Onun sərbəst qalma dəyəri 111 milyon avrodur.

Xəbər lenti