Xəzər Xəbər

Acun futbolçuya səsləndi: “Ən qısa zamanda “Fənərbağça”dan get”

Şou Biznes | 16:08 • 24 Fevral 2020
Acun futbolçuya səsləndi:

"Burada bizim üçün ən böyük məyusluğu Jailson yaratdı”.

"Hürriyət”in məlumatına görə, bu sözləri "Fənərbağça” – "Qalatasaray” qarşılaşmasından sonra "TV8”in sahibi, prodüser və aparıcı Acun Ilıcalı deyib.

"Yaxşı niyyətli bir dostumuz ola bilər, amma ondan bir xahişim var. Ən qısa zamanda "Fənərbağça”dan getsin. "Fənərbağça” sevgisini klubdan tez bir zamanda ayrılaraq göstərərsə, ona minnətdar olaram!”, - deyə A.Ilıcalı bildirib.

Xəbər lenti