Xəzər Xəbər

"Qalatasaray" 21 il sonra "Fənərbaxça"nın meydanında qalib gəldi - VİDEO

Veb TV | 13:12 • 24 Fevral 2020
"Qalatasaray" 21 il sonra "Fənərbaxça"nın

Türkiyə Super Liqasında 23-cü turun oyunları keçirilir.

XəzərXəbər xəbər verir ki, turun mərkəzi görüşündə "Fənərbaxça" "Qalatasaray"ı qəbul edib. İstanbul derbisində qonaqlar 3:1 hesabı ilə qalib gəlib.

Bununla da 21 il sonra "Qalatasaray" "Fənərbaxça"nın meydanında qalib gəlib.

Super Liqada turnir cədvəlinə 45 xalla ehtiyatda bir oyunu olan "Trabzonspor" başçılıq edir. "Qalatasaray" da 45 xal toplayıb və 2-cidir. "Sivasspor" da eyni xala malikdir və 3-cü pillədə qərarlaşıb. "Fənərbaxça" 38 xalla 6-cıdır.

"Fənərbaxça" - "Qalatasaray" - 1:3

Qollar: Maks Kruze, 21 (pen.) - Rayan Donk, 40, Radamel Falkao, 80 (pen.), Henri Onyekuru, 90+7

Qırmızı vərəqələr: Deniz Türüç, 84 - Yunes Belhanda, 84

Xəbər lenti