Xəzər Xəbər

Hərbçilərimiz NATO-nun qış dağ təlimlərində iştirak edir

Gündəm | 12:54 • 24 Fevral 2020
Hərbçilərimiz NATO-nun qış dağ təlimlərində iştirak edir

Gürcüstanın Bakuriani bölgəsində qış dağ təlimi keçirilir.

XəzərXəbər xəbər verir ki, bu barədə Gürcüstanın Müdаfiə Nаzirliyi məlumat yayıb.

NATO-nun "Sülh naminə tərəfdaşlıq” proqramı çərçivəsində təşkil olunan təlimdə alyansa yeddi üzv və tərəfdaş ölkədən olan 31 hərbçi qatılıb. Gürcüstanla yanaşı, təlimdə Azərbaycan, ABŞ, Latviya, Ukrayna, Polşa və Belarusdan olan hərbçilər də iştirak edirlər.

Saçxere Dağ Hazırlığı Təlim Mərkəzinin təlimçilərinin köməyi ilə hərbçilər xizəklə maneələrin dəf olunması, qarda sığınacağın qurulması, qar uçqunu zamanı axtarışların həyata keçirilməsi və xəsarət alanların təxliyəsi üsullarını öyrənirlər. Təlim qarlı ərazidə gecələməyi də nəzərdə tutur.

Kursun sonunda hərbçilər imtahan verəcəklər və bu da onlara qış aralıq təlim kursunda iştiraka imkan yaradacaq. /Report

Xəbər lenti