Xəzər Xəbər

Daha iki ölkədə koronavirusa yoluxma aşkarlandı

Dünya | 12:32 • 24 Fevral 2020
Daha iki ölkədə koronavirusa yoluxma aşkarlandı

Bəhreyn və Küveytdə koronavirusa rast gəlinib.

Bunu hər iki ölkənin rəsmi xəbər agentlikləri açıqlayıb.

Bəhreyn rəsmi xəbər agentliyi (BNA) ölkədə ilk koronavirus hadisəsini, Küveyt rəsmi xəbər agentliyi (KUNA) isə İrana səfər edən 3 nəfərdə virusun tapıldığını açıqlayıb.

2019-cu ilin son ayında Çinin Vuhan şəhərində ortaya çıxan koronavirus (Kovid-19) dünyaya yayılmağa davam edir.

Məlumata görə, ölkədə virusa 77 150 nəfər yoluxub. 2 592 insan isə ölüb.

Qeyd edək ki, İran virusun göründüyü və sürətlə yayıldığı son ölkədir./publika.az

Xəbər lenti