Pakistanın Kvetta əyalətində mayeləşdirilmiş təbii qaz silindrləri daşıyan avtomobildə partlayış olub.
RİA "Novosti” xəbər verir ki, bu barədə "Samaa” agentliyi infomasiya yayıb.
Bildirilir ki, partlayış nəticəsində 6 nəfər ölüb, 4 nəfər yaralanıb. Ölənlərdən 1 nəfəri hadisə yerində, digərləri isə xəstəxanalarda dünyasını dəyişib.
Yaralılar yanıq xəsarətləri ilə xəstəxanalara aparılıb.
Partlayışın səbəbi hələlik məlum deyil./publika.az