Xəzər Xəbər

9 ölkənin hərbi dəniz qüvvələri qərbə doğru HƏRƏKƏT EDİR Döyüş hazırlığı gedir

Dünya | 10:55 • 24 Fevral 2020
9 ölkənin hərbi dəniz qüvvələri qərbə doğru HƏRƏKƏT EDİR

Şimali Atlantika Müqaviləsi Təşkilatı (NATO) "Dynamic Manta-2020" təlimlərinə bu gün start verir.

24 fevral-6 mart tarixində keçiriləcək təlimlərə İtaliya Hərbi Dəniz Qüvvələri ev sahibliyi edəcək.

Alyansın suüstü və sualtı hərbi məsələlərdə müttəfiq ölkələr arasında əməkdaşlığını təkmilləşdirmək və təlim səviyyəsini yüksəltmək məqsədilə təşkil etdiyi "Dynamic Manta-2020"yə Türkiyə, Kanada, Fransa, Almaniya, Yunanıstan, İtaliya, İspaniya, İngiltərə və ABŞ ordularından ümumilikdə, 5 sualtı, 5 dəniz patrul təyyarəsi və 8 müasir döyüş gəmisi qatılacaq.

"Dynamic Manta 2020” bütün iştirakçı ölkələrin birlik və ünsürlərinə birlikdə işləmək və potensiallarını artırmaq qabiliyyətləri üçün qarışıq və çətin döyüş təlimləri keçirmək məqsədi daşıyır./publika.az

Xəbər lenti