Xəzər Xəbər

FHN əməkdaşları Şamaxıda 4 nəfəri xilas etdi

Hadisə | 11:08 • 23 Fevral 2020
FHN əməkdaşları Şamaxıda 4 nəfəri xilas etdi

Ötən gecə Şamaxı rayonunun Quşçu kəndi ərazisində, içərisində 4 nəfərin olduğu "ВАЗ” markalı minik avtomobilinin palçığa bataraq köməksiz vəziyyətdə qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.

XəzərXəbər Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşlara köməklik göstərilib.

Xəbər lenti