Xəzər Xəbər

ABŞ ordusunu bu ölkədən çıxarsa... Sabiq liderdən ŞOK BƏYANAT

Dünya | 12:12 • 22 Fevral 2020
ABŞ ordusunu bu ölkədən çıxarsa...

ABŞ ordusu İraqı tərk edərsə, İŞİD yenidən geri gələcək.

Bu fikri Şimali İraq Kürd Muxtariyyətinin sabiq lideri və Kürdistan Demokrat Partiyasının rəhbəri Məsud Bərzani deyib.

O, ABŞ qüvvələrinin İraqdan çıxarılmasına qarşı olduqlarını və koalisiya güclərinin geri çəkilməsi təqdirində 6 ay sonra İŞİD terror təşkilatının yenidən diriləcəyinə inandıqlarını söyləyib.

"2011-ci ildə ABŞ qüvvələrinin İraqdan çıxmasına qarşı idim. ABŞ ordusu olsaydı, İŞİD İraq ordusunu məğlub edə və ŞİKM-i təhdid edə bilməzdi. ABŞ əsgərlərinin ölkədə qalması əhəmiyyətlidir”, - Bərzani bildirib./publika.az

Xəbər lenti