Xəzər Xəbər

Faydaları sayılmaqla bitməyən ƏDVİYYAT Bu xəstəlikləri olanlara qadağandır

Maraqlı | 10:39 • 22 Fevral 2020
Faydaları sayılmaqla bitməyən ƏDVİYYAT

Orqanizm üçün faydalı ədviyyatlardan biri də qara istiotdur.

Qara istiot piylənmənin qarşısını alır, arıqlamağa kömək edir, maddələr mübadiləsi proseslərinə müsbət təsir edir, onları sürətləndirir.

Bu məsulun faydalarını təqdim edirik:

1. Həzm proseslərini yaxşılaşdırır, iştahanı artırır

2. Qıcqırma və köplə mübarizə aparır

3. Qan dövranını yaxşılaşdırır, qanı duruldur, tromblaşmanın qarşısını alır

4. Nəfəsalma orqanları selikdən təmizləyir

5. Qurdqovucu təsirə malikdir, orqanizmə iltihab əleyhinə təsir edir

Qeyd edək ki, qastrit və mədə xorası, sidik kisəsi və böyrəklər iltihabları, hipertoniya, stenokardiya kimi xəstəlikləri olan şəxslərə qara istiotdan istifadə qadağandır.

publika.az

Xəbər lenti