Xəzər Xəbər

“Azəriqaz”da struktur dəyişikliyi - Yeni departament yaradıldı - VİDEO

Veb TV | 19:15 • 21 Fevral 2020
“Azəriqaz”da struktur dəyişikliyi -

Son vaxtlar "Azəriqaz" İstehsalat Birliyi quruma ünvanlanan abonentlərin müraciətləri əsasında yeniliklər edib. Qurumda 3 departamenti birləşdirməklə onların bazasında Bakı Regional Qazın Satışı Depatamenti yenidən formalaşdırılıb. "Azəriqaz" İstehsalat Birliyi bundan əlavə sayğacların istifadəsi ilə bağlı yeniliklər də tətbiq edəcək.

Kommunal xidmətlər sektorunda yer alan və 2 milyon 300 minə yaxın abonenti olan "Azəriqaz" İstehsalat Birliyi strukturunda müəyyən dəyişiklik edib.

Bunu "Azəriqaz" İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyevin bildirib. Məqsəd abonent məmnuniyyəti qazanmaq, onlara göstərilən xidmətlərin keyfiyyətini artırmaqdır.

Dəyişikliyə əsasən Bakı Regional Qazın Satışı Departamenti, Bakı Regional qaz ölçü qurğularına xidmət Departamenti və Qaz kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi birləşdirilməklə onların bazasında Bakı Regional Qazın Satışı Depatamenti yenidən formalaşdırılıb. Bu məqsədlə Birliyin idarəetmə aparatına daxil olan 100-ə yaxın aşağı dərəcəli işçilərin ştatı bağlanaraq yeni Departamentə köçürüləcəklər.

Bundan əlavə edilən yeniliklərdən biri də sayğac qutuları tətbiq edilməsidir. Saygacların qutulara salınmasından sonra bu cihazlara qıraq təsirlər olmayacaq.

Struktur islahatı hər bir abonentə bir neçə xidməti bir yerdə və bir məsul şəxsdən qəbul etməyə imkan verəcək.

Xəbər lenti