Xəzər Xəbər

Gürcüstanın keçmiş parlament binası satışa çıxarılır - YENİLƏNİB

Dünya | 15:05 • 21 Fevral 2020
Gürcüstanın keçmiş parlament binası satışa çıxarılır -

Gürcüstanın baş naziri Giorgi Qaxaria Kutaisidəki keçmiş parlament binasının satışının planlaşdırdığını təsdiqləyib.


APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Baş nazir jurnalistlərə açıqlamasında bildirib. Onun sözlərinə görə, keçmiş parlament binasının təhsil mərkəzinə çevrilməsi nəzərdə tutulub.



"Kutaisidə parlamentin binasını satışa çıxarılacaq. Bu proses İqtisadiyyat Nazirliyi tərəfindən başlanılıb. Kutaisidəki keçmiş parlament binası şəhər üçün çox böyük bir təhsil mərkəzi olacaq. Bu, iqtisadi baxımdan cəlbedici layihədir", - deyə G. Qaxariya bildirib.


***


11.42


Gürcüstanın Kutaisidə yerləşən keçmiş parlament binası satışa çıxarıla bilər.


APA-nın yerli bürosu "InterPressNews”a istinadən xəbər verir ki, Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyi hazırda fəaliyyətsiz olan binanı özəlləşdirməyə çıxarmağı planlaşdırır.


Qeyd edək ki, Gürcüstan parlamenti ötən ilin yanvarında Kutasidən paytaxt Tbilisiyə köçürülüb. Kutaisidəki keçmiş parlament binası "Milli Hərəkat” partiyasının hakimiyyəti zamanı 2010-2012-ci illərdə 340 mln. lariyə (120.35 mln. ABŞ dollar) inşa edilib.

Xəbər lenti