Xəzər Xəbər

Tramp ilin ən yaxşı filmini tənqid etdi “Bu il nə qədər...”

Dünya | 16:47 • 21 Fevral 2020
Tramp ilin ən yaxşı filmini tənqid etdi

ABŞ Prezidenti Donald Tramp cənubi koreyalı rejissor Pon Çjun Xonun "Parazitlər” filminin "Oskar-2020”nin qalibi olması ilə razılaşmadığını bildirib.

O, bu barədə Koloradodakı mitinqdə çıxış edərkən danışıb.

"Bu il nə qədər dəhşətli akademiya mükafatı... Və qalib Cənubi Koreyadan olan bir filmdir. Orda nə lənət yaşanır?” – "Fox News” D.Trampdan sitat gətirir.

Onun sözlərinə görə, Vaşinqton "ticarət məsələsində Cənubi Koreya ilə kifayət qədər problem yaşayır – və burada (Amerikada) onlara ilin ən yaxşı filmi üçün mükafat verirlər”.

"Bu normaldır? Bilmirəm. "Küləyin apardıqları”nı, "Sanset bulvarı”nı qaytarın. Bu cür çox gözəl filmlər var”, – deyə Amerika lideri qeyd edib.

Qeyd edək ki, "Parazitlər” filmi "Oskar-2020”nin ən yaxşı filmi seçilib. Əsas Oskar mükafatı ilk dəfə ingilis dilində lentə alınmayan filmə verilib./teleqraf

Xəbər lenti