"Rosneft”in rəhbəri İqor Seçin Rusiya Prezidenti Vladimir Putini Belarus Prezidenti Aleksandr Lukaşenko ilə danışıqların nəticəsi barədə məlumatlandırıb.
Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Qeyd edək ki, fevralın 18-də İqor Seçin Belarusda Prezident Aleksandr Lukaşenko ilə görüşüb. O, Lukaşenko ilə neft tədarükü barədə müzakirə aparıb. Minskdən qayıtdıqdan sonra isə Seçin Putinlə Sankt-Peterburqda görüşüb./axar.az