Xəzər Xəbər

Bakıda ağır yol qəzası – ÖLƏNLƏR VAR

Hadisə | 15:12 • 21 Fevral 2020
Bakıda ağır yol qəzası

Dünən saat 18 radələrində Qaradağ rayonunun Ələt qəsəbəsi ərazisində ağır yol qəzası baş verib.

XəzərXəbər xəbər verir ki, Salyan rayon sakini B.Bayramov idarə etdiyi "Ford Transit” markalı avtomobili qarşıda gedən Bərdə rayon sakini Zaman Abdullayevin idarə etdiyi "KİA” markalı avtomobilə vurub, sonuncu nəqliyyat vasitəsi yolun kənarındakı reklam lövhəsinə dəyib. Nəticədə Z.Abdullayev və sərnişini Seyfəddin Abbasov hadisə yerində ölüblər. B.Bayramov isə hadisə yerini tərk edib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində B.Bayramov polis əməkdaşları tərəfindən saxlanılıb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Xəbər lenti