Xəzər Xəbər

Bakıda binaların dezinfeksiya işlərinə başlanılır VİDEO

Veb TV | 19:30 • 20 Fevral 2020
Bakıda binaların dezinfeksiya işlərinə başlanılır

Bakıda binaların dezinfeksiya işlərinə başlanılır. Bunda əsas məqsəd infeksion xəstəliklərə yoluxma riskini azaltmaqdır. Profilaktik tədbirlər bakı metropolitenində də icra ediləcək...

Paytaxtda ictimai və özəl müəssisələrin dezinfeksiyasına başlanılır. Bunda məqsəd infeksion xəstəliklərə qarşı öncədən planlaşdırılan şəkildə profilaktik tədbirlərin həyata keçirilməsidir.

Səhiyyə nazirliyinin Gigiyenavə epidemiologia mərkəzinin şöbə müdiri Ziyəddin Kazımov bildirir ki, dezinfeksiya işləri həm Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin tabeçiliyində olanbinalar, ictimai obyektlərdə, həm də mərkəzlə müqavilə bağlayan özəl müəssisələrin binalarında aparılacaq.

Mərkəzin şöbə müdiri ölkədə epidemioloji vəziyyəti də açıqlayıb.

Bu arada Bakı Metropolitenində də sabahdan dezinfeksiya işlərinə başlanacaq.

Onu da qeyd edək ki, Bakı Metropoliteni Azərbaycanda insanların ən çox istifadə etdiyi və toplaşdığı yerdir. Buna görə bu ərazidə koronavirusla bağlı profilaktik tədbirlərin həyata keçirilməsi xüsusi önəm daşıyır.

Xəbər lenti