Xəzər Xəbər

Koronavirusun bioloji silah olması iddiaları... Türk alimdən şərh - VİDEO

Veb TV | 18:02 • 20 Fevral 2020
Koronavirusun bioloji silah olması iddiaları...

Koronavirusun əslində canlı olub-olmadığı hələ müzakirə olunur. Çünki virus genetik materiyanın bir parçası olan məxluqdur. DNT və RNT-dən ibarətdir. Genetik materialların çoxalması üçün insan, heyvan və ya bitki hüceyrələrinə ehtiyacı var. Özü-özünü çoxalda bilirmi, yox. Bu səbəbdən ona tam olaraq bir canlı deyə bilmirik.

Bu sözləri Avropa İnfeksiya Xəstəlikləri Təşkilatı idarə heyətinin üzvü, Türkiyədəki Koç Universitetinin tibb fakultəsinin infeksiya xəstəlikləri kafedrasının müdri, professor Öndər Erkönül koronavirus epidemiyası haqqında danışarkən deyib.

Professor virusun biloloji silah olub-olmadığına dair iddialara gəlincə deyib ki, koronavirusun genom analizini ediblər: "Bununla bağlı çoxlu yeni işlər var. Laboratoriyada istehsal olunan virus deyil. Yarasalarda rast gəlinin viruslara çox oxşardır. Çində bu yarasalar yetişdirilir deyə yoluxma ehtimalı normaldır. Virusun qaynağı çox açıqdır. Odur ki, başqa iddialara yer yoxdur”.

Həkim xatırladıb ki, infeksiyalar yeni bir şey deyil: "Dünyada insanlar və heyvanlardan kənarda da viruslar yaşıyır və sayı arta bilər. Bəzən mutasiya edərək xəstəliklərə səbəb olur. Fikrimcə, virusdan o qədər də qorxmaq lazım deyil. Virusların mahiyyətini öyrəndikcə ona qarşı necə mübarizə aparılacağını da öyrənirik”./teleqraf

Xəbər lenti