Xəzər Xəbər

AB liderlərinin kritik iclası başlayır: Büdcə azaldılır

Dünya | 17:34 • 20 Fevral 2020
AB liderlərinin kritik iclası başlayır:

Bu gün Brüsseldə Avropa Birliyi ölkələri liderlərinin fövqəladə iclası keçiriləcək.

Görüşdə Avropa Birliyinin 2021-2027-ci il büdcəsi müzakirə ediləcək. Görüşdə AB büdcəsinin əhəmiyyətli həcmdə ixtisarı gözlənilir.

"Breksitdən sonra AB büdcəsinə daxilolmaların həcmi azalıb. Büdcəyə daxilolmaların həcmini azaldan digər səbəb isə AB ölkələrinin iqtisadiyyatıdır. Üstəlik, Almaniya, Fransa və İtaliyada sənaye artımı templərinin azalması müşahidə edilib”, – deyə məlumatda bildirilib.

Yeni büdcə sayəsində bəzi istiqamətlər üzrə maliyyələşmənin həddən artıq azalacağının güman edildiyi vurğulanıb. Xüsusilə, AB ölkələri arasında iqtisadi uçurumun azaldılmasına yönələn xərclərin 10%-ə qədər azala biləcəyi qeyd edilir. Bundan isə ilk növbədə Baltikyanı ölkələr əziyyət çəkəcək.

Təkcə yeni büdcədə Litvaya edilən yardımın 27% azaldılması nəzərdə tutulub. Vilnüs artıq yeni büdcənin qəbuledilməz olduğunu açıqlayıb. Latviya isə bunun ölkə iqtisadiyyatına əhəmiyyətli zərbə vuracağını bildirib. Rəsmi Riqanın hesablamalarına əsasən, ölkəyə daxilolmalar 22%, daha dəqiq isə 1milyard avro azalacaq.

Estoniyanın isə bunun sayəsində 40% və ya 1,5 milyard avro gəlirdən məhrum olacağı müəyyən edilib./axar.az

Xəbər lenti