Xəzər Xəbər

Putin ABŞ-a təşəkkür etdi: FTB olmasaydı...

Dünya | 17:25 • 20 Fevral 2020
Putin ABŞ-a təşəkkür etdi:

Rusiya Prezidenti Vladimir Putin Federal Təhlükəsizlik Xidmətinin kollegial iclasında ABŞ-a 2019-cu ilin sonunda Rusiyada teraktın qarşısını almaq üçün təqdim etdiyi informasiyaya görə təşəkkür edib.

Putin ABŞ Federal Təhqiqatlar Bürosundan vaxtında daxil olan informasiya əsasında 27 dekabrda Sankt-Peterburqda iki İŞİD tərəfdarının saxlanıldığını bildirib.

O, belə dəstək, peşəkar həmrəyliyə görə Rusiyanın təşəkkürlərini çatdırıb.

Rusiya lideri ABŞ-a eyni formada cavab verəcəklərini söyləyib./axar.az

Xəbər lenti