Xəzər Xəbər

Piyadanın ölümündən nəticə çıxarmayan qadınların təhlükəli hərəkəti - VİDEO

Veb TV | 17:22 • 20 Fevral 2020
Piyadanın ölümündən nəticə çıxarmayan qadınların

Bir neçə gün öncə paytaxtın Heydər Əliyev prospektində piyadanın avtomobillə vurulması barədə xəbər vermişdik.

Hadisə nəticəsində piyada dünyasını dəyişib. Piyadanın vurulduğu yerdə yeraltı​ keçid olmasına baxmayaraq o, yolu​ hərəkət hissəsi ilə keçdiyi üçün avtomobil tərəfindən vurulub.

Qeyd edək ki, Heydər Əliyev prospektinin həmin hissəsində ("Koroğlu" metro stansiyasının qarşısında) yaşlı qadınların yolu təhlükəli şəkildə keçmələri avtosfer.az-ın kamerasına qeyd olunub. Görünən mənzərədən aydın olur ki, piyadaların avtomobillər tərəfindən vurularaq ölməsi digərlərinə dərs olmur.

Yeraltı keçidin olmasına baxmayaraq piyadalar yolun hərəkət hissəsindən keçərək sürücülərə təhlükə yaradır, özlərini isə ölümə aparırlar.


Xəbər lenti