Xəzər Xəbər

Abşeronda evdən 15 min manatlıq oğurluq edilib

Hadisə | 12:14 • 20 Fevral 2020
Abşeronda evdən 15 min manatlıq oğurluq edilib

Abşeronda ev qarət edilib.


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 15 min manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş R.Nağıyev saxlanılıb.


Faktla bağlı araşdırma aparılır.

Xəbər lenti