Xəzər Xəbər

Yaya Ture Braziliya klubuna keçə bilər

İdman | 17:35 • 19 Fevral 2020
Yaya Ture Braziliya klubuna keçə bilər

Fil Dişi millisinin sabiq üzvü Yaya Ture karyerasını Braziliyada davam etdirə bilər.

"UOL Esporte" xəbər verir ki,Çində yayılan koronavirusa görə "Çindao Haynyu” klubundan ayrılmağa qərar verən 36 yaşlı yarımmüdafiəçi Braziliya B Seriya təmsilçisi "Botafoqo"nun transfer hədəfindədir. Məlumata görə, klub 3 ay futbolsuz qalan təcrübəli oyunçu ilə bağlı yaxın günlərdə qərar verəcək.

Ture "Olimpiakos"da parladıqdan sonra "Monako", "Barselona" və "Mançester Siti" kimi klublarda çıxış etmişdi.

Daha öncə yaponiyalı Keysuke Honda "Botafoqo"ya keçmişdi.

Xəbər lenti