Xəzər Xəbər

Serj Sarkisyanın məhkəməsinin vaxtı bilinib

Dünya | 12:45 • 19 Fevral 2020
Serj Sarkisyanın məhkəməsinin vaxtı bilinib

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın məhkəməsinin vaxtı məlum olub.


APA-nın xəbərinə görə, bu barədə datalex.am saytı məlumat yayıb.


S. Sarkisyanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası fevralın 25-də keçiriləcək.


İş hakim Vaqe Misakyanın icraatına verilib.


Qeyd edək ki, bu il yanvar ayının sonunda S. Sarkisyanın cinayət işi baxılması üçün İrəvan məhkəməsinə göndərilib.


Xatırladaq ki, cinayət işi üzrə daha 4 nəfər ittiham olunur. Onlardan biri "Fleş" neft şirkətinin rəhbəri, iş adamı Barseq Beqlaryandır.


Ermənistanın 3-cü prezidenti olan S. Sarkisyan 2008-ci ildən 2018-ci ilə kimi ölkəyə rəhbərlik edib. S. Sarkisyana qarşı Cinayət Məcəlləsinin 38-179-cu maddələrinə (mənimsəmə və israfçılıq) əsasən ittiham irəli sürülüb. S. Sarkisyan 2013-cü il yanvarın 25-dən fevralın 7-dək bir qrup məmurdan 489 milyon dram (1 milyon dollardan çox) pulu mənimsəmə, oğurlama və israf etməkdə ittiham olunur. Onun ölkədən çıxışına qadağa qoyulub.

Xəbər lenti