Xəzər Xəbər

Azərbaycan minik avtomobillərinin istehsalını kəskin artırıb

İqtisadiyyat | 15:07 • 18 Fevral 2020
Azərbaycan minik avtomobillərinin istehsalını kəskin artırıb

Bu ilin yanvar ayında Azərbaycanda 192 ədəd minik avtomobili istehsal edilib ki, bu da 2018-ci ilin müvafiq dövrü üçün olan göstərici ilə müqayisədə 2,2 dəfə çoxdur.


Dövlət Statistika Komitəsindən xezerxeber.az-a verilən məlumata görə, ötən ilin yanvarında respublikada 89 minik avtomobil istehsal edilib.


Məlumata əsasən, bu ilin yanvarında ölkədə traktor istehsal edilib. Ötən ilin müvafiq dövrü ərzində Azərbaycanda 188 ədəd traktor istehsal edilib.

Xəbər lenti