Xəzər Xəbər

Nənədən ağılasığmaz əməl - Nəvəsi üçün silaha əl atdı

Dünya | 17:56 • 18 Fevral 2020
Nənədən ağılasığmaz əməl - Nəvəsi üçün silaha əl atdı

ABŞ-da yaşlı qadın qeyri-adi cinayət törədib.

Bu barədə şəhər hakimiyyətinə istinadən "Fox News” xəbər verir.

Bildirilir ki, hadisə Yeni Orleanda baş verib. Nənə tibb personalı tapançayla hədələyərək, nəvəsini xəstəxanadan aparıb.

Məlumata görə, 66 yaşlı Evelina Miller həkimlərə tapança ilə hədə-qorxu gələrək 12 yaşlı qızın ona verilməsini tələb edib. Tibb işçiləri ona mane olmağa çalışıblar, amma sonda yeniyetməni verməyə məcbur olublar.

Yerli polisin məlumatına görə, qadın qaçan zaman bir tibb bacısını itələyərək yıxıb və mühafizəçini avtomobili ilə vurub. Hüquq-mühafizə orqanlarının əməkdaşları növbəti gün qızın yerini aşkarlayıblar.

Qadına qarşı uşaq oğurluğu üzrə ittiham irəli sürülüb və o həbs edilib./report


Xəbər lenti