Xəzər Xəbər

Bu ölkədə pop musiqisi qadağan edildi – Şok qərar

Dünya | 17:12 • 18 Fevral 2020
Bu ölkədə pop musiqisi qadağan edildi

Misir hökuməti ölkədə pop musiqisinə qadağa tətbiq edib.

 "The Times” qəzeti Misirdə gənclər arasında populyar olan pop musiqisinə qadağa tətbiq edildiyi barədə məlumat yayıb.

Misirli musiqiçilərin Həmkarlar Təşkilatının sədri Hani Şaker bəyan edib ki, bundan sonra heç bir pop müğənnisi konsert verməyəcək:

"Bu musiqi növü cinsəlliyi təşviq edir və orada istifadə edilən sözlər tamamilə qəbuledilməzdir”.

Sevgililər Günündə keçirilməsi planlaşdırılan konsertlərin ləğv edildiyini bildirən Misir rəsmləri Qahirədəki ən böyük futbol meydançasında Həsən Şakoush və Ömər Kamalın konsertlərinin baş tutmayacaqlarını bəyan ediblər.

Qeyd edək ki, adı çəkilən müğənnilərin birgə oxuduğu "Yan evdəki qız” mahınısı "Youtube”da 100 milyondan çox izlənilib.

Müğənnilərin özləri isə səhv etdiklərini deyərək üzr istəyiblər./teleqraf

Xəbər lenti