Xəzər Xəbər

Bakıda hündürmərtəbəli binada yanğın baş verib - VİDEO

Veb TV | 14:23 • 18 Fevral 2020
Bakıda hündürmərtəbəli binada yanğın baş verib -

Fevralın 18-də Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə paytaxtın Nəsimi rayonunda, Cavadxan küçəsi - 48 A ünvanında 17 mərtəbəli yaşayış binasının yeddinci mərtəbəsində yerləşən mənzildə yanğın baş verməsi barədə məlumat daxil olub.


FHN-in mətbuat xidmətindən xezerxeber.az-a bildiriblər ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri dərhal əraziyə cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın qısa zamanda söndürülüb və geniş əraziyə yayılmasının qarşısı alınıb. Yanğın nəticəsində ümumi sahəsi 130 kvadratmetr olan üçotaqlı mənzilin 20 kvadratmetr sahəsi olan mətbəxi yanıb. Mənzilin qalan hissəsi və qonşu mənzillər yanğından mühafizə edilib.




Xəbər lenti