Xəzər Xəbər

Azərbaycanda inanılmaz hadisə Xaş yedikdən sonra qıc oldu

Hadisə | 15:09 • 18 Fevral 2020
Azərbaycanda inanılmaz hadisə

Ağdaş rayonunda zəhərlənmə hadisəsi baş verib.

XəzərXəbər xəbər verir ki, rayonun Yuxarı Ləki kəndində yaşayan və yeni ailə qurmuş Səmədova Aygün Mehman qızı fevralın 16-da gecə saatlarında yaşadığı evdə xaş yeyib.

Bu zaman onda qıcolma baş verib və yaxınlarının köməkliyi ilə Ağdaş Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanada ona ilkin olaraq meningit diaqnozu qoyulub. Lakin 19 yaşlı qızın səhhəti normallaşmayıb. O, ağır vəziyyətdə Bakıya gətirilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbər lenti