Xəzər Xəbər

Goranboyda avtomobili ağaca çırpan sürücü ölüb

Region | 11:59 • 18 Fevral 2020
Goranboyda avtomobili ağaca çırpan sürücü ölüb

Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində yol-nəqliyyat hadisəsi olub.


Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən xezerxeber.az-a verilən məlumata görə, fevralın 18-də saat 1 radələrində Goranboy rayonunun Dəliməmmədli şəhəri ərazisində Gəncə şəhər sakini Elşən Əhmədov idarə etdiyi "VAZ-2106” markalı avtomobili yolun kənarındakı ağaca vurub.


Nəticədə sürücü xəstəxanaya aparılarkən yolda ölüb.


Xəbər lenti