Xəzər Xəbər

“Çelsi” öz meydanında “Mançester Yunayted” komandasına məğlub olub

İdman | 10:44 • 18 Fevral 2020
“Çelsi” öz meydanında “Mançester Yunayted” komandasına məğlub olub
İngiltərə Premyer Liqasının 26-cı turuna yekun vurulub. 


Xezerxeber.az xəbər verir ki, turun son görüşündə "Çelsi” doğma azarkeşlər önündə "Mançester Yunayted” komandasını qəbul edib.


"Stamford Bric” stadionunda oynanılan görüşdə qonaqlar 2:0 hesabı ilə qalib gəlib. Mançester təmsilçisinin heyətində Antoni Marsial və Hari Maquayer fərqləniblər.


Bu qələbədən sonra xal ehtiyatını 38-ə çatdıran "Mançester Yunayted” turnir cədvəlində yeddinci yerə yüksəlib. "Çelsi” isə 41 xalla 4-ci yerdə qərarlaşıb.

Xəbər lenti