Xəzər Xəbər

"Sədərək" Ticarət Mərkəzində yanğın söndürülüb

Hadisə | 09:59 • 18 Fevral 2020
 "Sədərək" Ticarət Mərkəzində yanğın söndürülüb

Fövqəladə Hallar Nazirliyi "Sədərək" Ticarət Mərkəzində baş verən yanğınla bağlı məlumat yayıb.


Xezerxeber.az-ın məlumatına görə, bildirilir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən Sədərək Ticarət Mərkəzində yanğın olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin, Mülki Müdafiə Qoşunlarının, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri və Aviasiya Dəstəsinin 2 helikopteri hadisə yerinə cəlb olunub. 


İlkin məlumata əsasən, yanğın ayaqqabı satışı mağazalarında baş vermişdir. Yanğın 600-700 m2 sahəni əhatə edib.


Yanğın saat 08:57 məhdudlaşdırılıb, saat 09:05 söndürülüb.


Hazırda yanğın yerində soyutma və kiçik konstruktiv materialların söndürülməsi işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Rubrikanın digər xəbərləri

Xəbər lenti