Xəzər Xəbər

ABŞ-la savaşa hazırlıq: Rus gəmiləri zəif nöqtələri tapdı

Dünya | 17:28 • 17 Fevral 2020
ABŞ-la savaşa hazırlıq:

Rusiya kəşfiyyatı İrlandiyada fəaliyyətini aktivləşdirib.

Bu məlumatı "Sandey Tayms” yayıb. Məlumata görə, Moskva İrlandiyanı ABŞ-la potensial konflikt halında kəşfiyyat fəaliyyəti üçün baza kimi istifadə etməyi nəzərdən keçirir.

Rusiya xüsusi xidmət orqanlarının, özəlliklə, ABŞ-la Avropa arasındakı sualtı kabelləri nəzərdən keçirdiyi vurğulanıb. Belə ki, məhz İrlandiyadan Transatlantik rəqəmsal magistralın sualtı hissəsinin start götürdüyü qeyd edilib:

"Rusiyanın sualtı və hərbi gəmiləri bu infrastrukturu Atlantik okeanında artıq tədqiq ediblər. İranlandiya Rusiya Baş Kəşfiyyat İdarəsi casuslarının kabelin keçdiyi zəif yerləri müəyyən edib konflikt halında onları kəsə biləcəyindən narahatdır”.axar.az

Xəbər lenti